Last updated: 3 days ago
AdËstrA rock/metal qrupu 2021-ci ildə Bakı şəhərində qurulmuşdur. Qrup bass gitarada Levi (Mehdi Xanəliyev), vokalda Barış Çetin və zərb alətində Nərgiz Əliyevadan ibarətdir. AdËstrA, əsasən, alternative rock, post-grunge, punk janrlarında fəaliyyət göstərsə də, mahnılarda progressive rock və progressive metal elementlərinə rast gəlmək mümkündür. Qrupun ilk sinqlı "Sevmişik Həyatı" 22 iyul 2022-ci il tarixində dinləyicilərə təqdim olunmuş, onu 23 sentyabr 2022-ci ildə yayımlanan ikinci sinql "Amma Çox Uzaqda" izləmişdir. İlk dəfə Sofar Baku səhnəsində canlı ifa olunan 3-cü sinql "Hər Anın Gözəlliyi" isə 17 mart 2023-cü ildə yayımlanmışdır.
Monthly Listeners
128
Monthly Listeners History
Track the evolution of monthly listeners over the last 28 days.
Followers
251
Followers History
Track the evolution of followers over the last 28 days.