Last updated: 2 hours ago
Ruslan Abdullayev (d.t. 13 Aprel, 1995), Chvrlix kimi tanınan (oxunuş forması [Çarli]) azərbaycanlı reper, söz yazarı və bəstəkardır. Naxçıvan MR, Şərur şəhərində anadan olub, Bakıda yaşayır. 9 yaşından musiqi fəaliyyətinə başlayıb.
Chvrlix — müasir Azərbaycan rap səhnəsinin qabaqcıl simalarından biridir. O, musiqi karyerasına 2009-cu ildə “Lil Charlie” təxəllüsü ilə başlayaraq ilk illərində daha çox klassik və flex rap üslublarında fəaliyyət göstərmişdir. 2016-cı ildən etibarən “Lil Charlie” adından imtina edərək “Chvrlix” kimi fəaliyyətini davam etdirmiş və trap, alternativ trap istiqamətində özünəməxsus üslub yaratmışdır.
2017–2018-ci illərdə yayımladığı “Lo$er”, “Çox Ağırdı Bugün”, “Biraz Uçun”, “Lunatik” sinqlları və “SVINTS” albomu kimi işlər onun yeni dövrünün əsas təməlini qoymuşdur. DeFakto ilə birgə hazırladığı “SVINTS” albomu emosional və melodik trap səslənməsi ilə fərqlənir.
Chvrlix-in musiqilərində urban həyatı, emosional gərginlik, sosial təcrid və şəxsi ziddiyyətlər ön plandadır. Onun lirikasında həm də müasir texnologiya və sosial reallıqlara qarşı ironik yanaşmalar hiss olunur. Autotune ilə zənginləşdirilmiş səmimi vokal ifaları onu həm yeni nəsil, həm də köhnə məktəb rap dinləyiciləri üçün maraqlı edir.

Monthly Listeners
205
Monthly Listeners History
Track the evolution of monthly listeners over the last 28 days.
Followers
2,427
Followers History
Track the evolution of followers over the last 28 days.