Last updated: 8 hours ago
Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Franızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib.
2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır. Onun Dost və OD ilə birgə ifa etdiyi "1st class" treki böyük diqqət cəlb edir. 2017-ci ildə ilk albomu olan "Puldan baha" işıq üzü görür. 2018-ci ildə "Dorian Gray" sinqlını ərsəyə gətirib. 2018-ci ildə Xpertlə birgə ölkənin müxtəlif bölgələrinə tura çıxıb. 2019-cu ilin sonunda "Kəllə-Kəlləyə" layihəsi çərçivəsində rep-batlda etdiyi çıxışı ilə ölkədə böyük səs-küy yaratmışdır. 2020-ci ildə sayca ikinci solo albomu olan "Bina" albomunu təqdim edib. 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki qələbəyə həsr olunmuş "Yaşma" trekini oxuyub. 2021-ci ildə "Pulumu doğ" adlı trekini təqdim edib.

Monthly Listeners
41,280
Monthly Listeners History
Track the evolution of monthly listeners over the last 28 days.
Followers
96,017
Followers History
Track the evolution of followers over the last 28 days.