Last updated: 1 day ago
Pərviz Mahmudov (d. 29 iyun 1983, Bakı,) — Azərbaycanlı bəstəkar.
Karyerası
Universiteti bitirdikdən sonra Azərbaycan teleməkanında ilk dəfə olaraq ATV telekanalında keçirilən "Yeni ulduz-1" mahnı müsabiqəsinə qatılmış və finalçı olmuşdur.
2006-cı ildən bəstəkar kimi fəaliyyətə başlamışdır. Bu günə qədər 100-dən çox əsərin müəllifidir.
Bəstəkarı olduğu mahnılar ifa edildikdən sonra qısa müddət ərzində hitə çevrilir. O, Aygün Kazımovanın ifasında "Alışdırma", Röyanın "Bəlkə də", "Bir il keçdi", Sevda Yəhyayevanın "O zaman", "Sənsiz", "Buz kimi", Günay İbrahimlinin "İzlər", "Səndən öncə, səndən sonra", İlhamə Qasımovanın "Səni sevdim" kimi populyar hitlərinin bəstəkarıdır.
Sevda Yəhyayeva onun bəstələdiyi mahnını ifa etməklə tez bir zamanda məşhurlaşmış; Günay İbrahimli "Səndən öncə, səndən sonra", Zarina "Sevmə ürək" mahnıları ilə tanınmağa başlamışlar.
Hazırda Heydər Əliyev adına Zirə Mədəniyyət Mərkəzində mütəxəssis vəzifəsində çalışır.
Uğurları
2006-cı ildə ilin bəstəkarı adına layiq görülmüşdür.
Bəstələdiyi bir sıra mahnılar dinləyicilər tərəfindən sevilib, ilin mahnısı nominasiyasına layiq görülmüşdür.
2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə və "V&V" təqdimatı ilə "QRAND 2011" müstəqil ictimai mükafatı Diplomunu alaraq, "İlin bəstəkarı" adına layiq görülmüşdür.