Last updated: 6 days ago
Məmmədov Səxavət Bəhram oğlu 1993-cü ildə Bakı şəhərində anadan olub. Asəf Zeynallı adına musiqi kollecində,sonra Azərbaycan Dövlət Milli Konservatoriyasında bakalavr, daha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində magist təhsili almışdır. 2012-ci ildən Azəbaycan Dövlət Televiziya və Radiosu, Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblında Konsertmestr vəzifəsində çalışmağa başlayıb. 2019-cu ildən “ADMİU”-da tar müəllimi vəzifəsində çalışır. Bir çox müsabiqələr qalibi və laureatı olub: 2012-ci il xalq artisti Əhmədxan Bakıxanovun 120 illik yubileyinə həsr olunmuş "Tar ifaçılarının muğam müsabiqəsi" (1-ci yer), 2013-cü il bəstəkar Süleyman Ələsgərov adına mükafatın Laureati, həmin il Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş 2-ci Respublika müsabiqəsi Laureati, 2014-cü il İran İslam Respublikasında keçirilən Beynəlxalq " Fəcr" festivalı (Qrup şəklində 1-ci yer) 2018-ci il "Sarı simin lisanı" adlı solo konsert, 2019-cu ildə Russiyanın Sankt-Peterburq və Qazaxstanın Astana şəhərlərində konsert proqramı ilə çıxış etmişdir.